Senatorlar Trampdan Səudiyyə Ərəbistanı ilə Rusiya arasında neft müharibəsini dayandırmasını istədilər


ABŞ senatorları hazırda Səudiyyə Ərəbistanı və Rusiya arasında gedən ticarət savaşı nəticəsində neft qiymətlərinin çökməsini durdurmağa çalışırlar.

Bu barədə “Reuters” agentlyinin məlumatında bildirilir. Xatırladaq ki, koronavirus pandemiyası ilə bağlı gətirilən məhdudlaşdırmaların və təbii yanacağa tələbatın azalması fonunda bu gün neftin qiyməti son 18 ildə özünün ən minimum nöqtəsinə enib.
İndi amerikalı qanunvericilər vəziyyətin bu həddə çatmasında, həmçinin ABŞ-ın şist neftinin satılmasına vurduqları zərbəyə görə hər iki dövləti ittiham edirlər.

“Təəssüf ki, qorxutma taktikası Rusiya üçün artıq normaya çevrilib. Lakin bizim yaxın tərəfdaşımız sayılan Səudiyyə Ərəbistanının hərəkətləri qayğı doğurmaya bilməz”,-deyə respublikaçı senator Kevin Kramerin prezident Donald Trampa göndərdiyi məktubda yazılıb.

Burada K.Kramer Birləşmiş Ştatlar rəhbərliyini Rusiya, Səudiyyə Ərəbistanı və hətta İraqdan gələcək neftə embarqo qoymağa çağırıb.

Şimali Dakota ştatını təmsil edən Kevin Kramer və ona qoşulan 9 senator məsələnin həll olunması məqsədilə Səudiyyə Ərəbistanının ABŞ-dakı səfiri Rima Bint Bəndər Əl-Səudla telefon danışıqları apararaq ondan Krallığın dünya neft bazarlarını izafi yanacaqla doldurmasını dayandırmağı rica ediblər.//Musavat

DİGƏR XƏBƏRLƏR

Top