Qazax sakini: "7 aydır sosial yardım üçün müraciət edirəm, imtina verilir" - Nazirlikdən AÇIQLAMA


Qazax rayon Qarapapaq kənd sakini Xasməmmədov Bəhruz Mübariz oğlu 7 aydır ünvanlı sosial yardım üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdiyini və hər dəfə imtina cavabı aldığını bildirir.
Yeniavaz.com
-a bu barədə məlumat verən B. Xasməmmədov, nazirlikdən ona VÖEN-lə bağlı problem olduğunu bildirdiklərini deyir. O, bununla bağlı Vergilər Nazirliyi ilə də əlaqə saxladığını qeyd edir:
"Nazirlikdən bildirdilər ki, VÖEN-də heç bir problem yoxdur. Ünvanlı sosial yarımla bağlı yaradılmış qaynar xəttlə əlaqə saxladıq, dedilər ki, sistemdə problem var".
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıblı bildirdi ki, aztəminatlı ailələr üçün təyin edilmiş ünvanlı sosial yardıma müraciət elektron şəkildə həyata keçirilir və qərar şəxslər tərəfindən deyil, sistem tərəfindən verilir:
"Əgər imtina cavabı verilibsə, müraciət formasında problem var. Düzgün müraciət edilməlidir".

DİGƏR XƏBƏRLƏR

Top