Havanın çirklənməsi ötən günlərlə müqayisədə azalıb


“Havanın çirklənməsi ötən günlərlə müqayisədə yetərincə azalıb”.

Bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) şöbə müdiri Rasim Səttar-zadə deyib. O bildirib ki, ETSN-nin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisləri tərəfindən atmosfer havasının keyfiyyətinə nəzarət məqsədilə növbəti monitorinq martın 18-19-da keçirilib:

“Bakı və Abşeron yarımadasında keçirilən monitorinqlər havanın çirklənməsinin ötən günlərlə müqayisədə yetərincə azaldığını göstərib. Havada azot, karbon və kükürd oksidlərinin, eləcə də toz hissəcikləri və karbohidrogenlərin miqdarı xeyli aşağı düşüb. Əvvəlki göstəricilərlə müqayisədə son iki günün göstəriciləri çirkləndiricilərin 40-50 faiz azaldığını deməyə əsas verir".

Şöbə müdiri qeyd edib ki, havanın təmiz olmasına səbəb son günlər paytaxtda nəqliyyat vasitələrinin hərəkətinin azalması və ictimai-iaşə obyektlərinin fəaliyyətlərinin məhdudlaşdırılmasıdır:

“Son üç gündə ölkə ərazisində şimal, şimal-qərb küləyinin əsməsi və əlverişli nisbi rütubət də çirkləndirici qaz qarışıqlarının intensiv səpələnməsinə şərait yaradıb və havanın keyfiyyətinə müsbət təsir edib. Bu gün səhər saatlarında havada oksigenin miqdarı da nəzərəçarpacaq dərəcədə artıb”.

DİGƏR XƏBƏRLƏR

Top