Bu əşyalar koronavirusu saatlarla üzərində saxlaya bilir


Dünyanı qorxuya salan koronavirusun hansı əşyalarda, neçə saat yaşadığı məlum olub.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Milli Səhiyyə İnstitutu məsələ ilə bağlı araşdırmalar aparıb. Alimlər virusun dözümlülük müddətini yoxlamaq məqsədi ilə COVİD-19-a yoluxan bir nəfərdən koronavirus nümunəsi götürərək gündəlik həyatda istifadə olunan səthlərə yerləşdiriblər. Tədqiqatlar, koronavirusun mis əşyalarda 4 saat, plastik və dəmirdə 2-3 gün, kartonda isə 24 saat yaşadığını göstərib.
Həmçinin, bir nəfər asqıran zaman  aerozol halında havaya yayılan damcılar 3 saata qədər havada qala bilir. Bütün bunlar sözügedən virusun niyə bu qədər sürətlə yayılmasının səbəbini izah edib.
Lalə Cəfərli

DİGƏR XƏBƏRLƏR

Top