COVİD-19-un yeni əlamətləri ortaya çıxdı


Koronavirusun yeni simptomları aşkarlanıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Almaniyanın “Bonn” Universitetinin baş infeksionisti Hendrik Stirk “Frankfurter Allgemeine Zeitung” qəzetinə verdiyi müsahibəsində COVİD-19-un yeni əlamətlərinin ortaya çıxdığını bildirib. Həkimin sözlərinə görə, yeni növ koronavirusa yoluxan bəzi xəstələrin qısa müddətliyinə qoxu və dad hislərini itirdiyini bildirib. Xəstələrin 30 faizində isə ishalın artdığı məlum olub.
Qeyd edək ki, yeni növ koronavirusun bugünə qədər bilinən bəzi əlamətləri aşağıdakılardır:
Quru öskürək
Yüksək hərarət
Boğaz ağrısı
Nəfəs darlığı
Yorğunluq
Baş ağrısı
İshal
Dad və qoxu hissinin müvəqqəti itirlməsi

DİGƏR XƏBƏRLƏR

Top