Azərbaycanda daha bir müəssisədə tibbi spirt istehsalına başlandı

Azərbaycanda daha bir müəssisə tibbi spirt istehsalına başlayıb.

Bu barədə Oxu.Az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “CARÇIOGLU GROUP” MMC və Rusiyanın “Tatspirtprom” dövlət şirkətinin birgə əməkdaşlığı ilə yaradılan “RUS AZERİ SPİRİTS” zavodunda tibbi spirt istehsalına start verilib. 

Artıq istehsal olunan məhsulun ilk partiyası – 25 min litrə yaxın tibbi spirt apteklərə yola salınıb.

Qeyd edək ki, Qusar rayonunda yerləşən müəssisə gündə 20-25 min litr tibbi spirt istehsal etmək gücünə malikdir. İstehsal tamamilə yerli xammala əsaslanır. 

DİGƏR XƏBƏRLƏR

Top