Rusiyada ilk dəfə koronavirusdan bir nəfər dünyasını dəyişdi


Moskvada 79 yaşlı qadın yeni növ koronavirus səbəbilə dünyasını dəyişib.
Yeniavaz.com
“ria.ru”ya istinadla xəbər verir ki, COVİD-19 diaqnozu qoyulan 79 yaşlı qadın həmçinin, şəkərli diabet, yüksək təzyiq, ürək çatışmazlığı, qan-damar sistemində problemlər, ağciyər və digər xəstəliklərin də daşıyıcısı olub. Xəstə mart ayının 13-də xəstəxanaya yerləşdirilmişdi. Onda koronavirus aşkarlandıqdan sonra  ünsiyyət qurduğu bütün şəxslər karantinə götürülüb.

DİGƏR XƏBƏRLƏR

Top