Qonşu ölkələrdə dollar kəskin bahalandı - RƏQƏMLƏR


Azərbaycanın əsas ticarət tərəfdaşı olan 3 ölkədə - Gürcüstan, Rusiya və Türkiyədə dolların məzənnəsi  bu ölkələrin milli valyutaları qarşısında kəskin şəkildə bahalanıb.
Yeniavaz.com
 xəbər verir ki, ən kəskin bahalanma Gürcüstanda qeydə alınıb. Bu ölkənin milli valyutası lari son bir gün ərzində dollar qarşısıda 15% dəyərdən düşüb. Dünən valyuta mübadilə məntəqələrində 2,79 lariyə satılan dollar bu gün 3,2 lariyə satılır.
Şimal qonşumuz Rusiyanın milli valyutal isə son bir gün ərzində dollar qarşısında 7,7% ucuzlaşıb. Dünən dolların məzənnəsi 75,1 rubl olduğu halda bu gün 80,9 rubla kimi yüksəlib.
Türkiyənin milli valyutası lirə isə dollar nisbətdə son bir gündə 2%-ə yaxın ucuzlaşıb. Dolların məzənnəsi son bir gündə 6,4 lirədən 6,52 lirəyə kimi artıb.

DİGƏR XƏBƏRLƏR

Top