Tramp vətəndaşlarına 1000 dollar verəcək - Koronavirusa görə


ABŞ koronavirus səbəbi ilə öz vətəndaşlarına 1000 dollar verəcək.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. 
Bildirilir ki, ABŞ Maliyyə Nazirliyi aprel ayına qədər sözügedən şəxslərə 1000 dollarlıq çek verəcək. Beləliklə də ölkədə 250 milyondan çox insana vəsait ayrılacağı qeyd olunub. 
Qeyd edək ki, yeni koronavirus epidemiyası bütün dünya iqtisadiyyatında tənəzzül təhlükəsi yaradıb.

DİGƏR XƏBƏRLƏR

Top