AZAL daha 123 azərbaycanlını vətənə qaytarıb - RƏSMİ


Martın 19-na keçən gecə "Azərbaycan Hava Yolları" QSC (AZAL) tərəfindən Budapeşt-Bakı istiqaməti üzrə yerinə yetirilmiş çarter reysi ilə daha 123 Azərbaycan vətəndaşı vətənə qayıdıb.
Yeniavaz.com
xəbər verir ki, AZAL-dan verilən məlumata görə, bu Azərbaycanın milli aviadaşıyıcısının Avropadan artıq ikinci çarter reysidir – ötən gün Romadan Bakıya 161 nəfər sərnişin gətirilib.
Məlumata əsasən, həmçinin martın 19-na keçən gecə İstanbul-Bakı istiqaməti üzrə 237 nəfər Azərbaycan vətəndaşının olduğu növbəti çarter reysi yerinə yetirilib.
AZAL və "Aeroflot" aviaşirkətləri razılaşma əsasında Rusiyadan (Moskva və Sankt-Peterburq) çarter reyslərini həyata keçirməyə davam edir. Bu günə qədər həmin reyslərlə Bakıya 697 nəfər Azərbaycan vətəndaşı gətirilib.
Azərbaycanın milli aviadaşıyıcısı bu istiqamətdə işləri davam etdirəcək.

DİGƏR XƏBƏRLƏR

Top