Niderlandın Səhiyyə naziri parlamentdə koronavirusu müzakirə edərkən huşunu itirdi - VİDEO


Niderlandın Səhiyyə naziri Bruno Bröyns ölkə parlamentində yeni növ koronavirusun yayılması məsələsinin müzakirəsi zamanı huşunu itirib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, hadisə deputatlardan birinin ona sual ünvanladığı zaman yaşanıb. Daha sonra B.Bröyns tez bir zamanda özünə gəlib və qanunverici orqanın zalını tərk edib.
B.Bröyns “Twitter” vasitəsilə  ağır həftələrdən sonra həddindən artıq işləməsi səbəbindən huşunu itirdiyini deyərək, ona dəstək olanlara təşəkkürünü bildirib: 
“Sabah yenidən işə qayıtmaq və koronavirusla mübarizə aparmaq üçün evə istirahət etməyə gedirəm”.

DİGƏR XƏBƏRLƏR

Top