Türkiyədən daha 107 Azərbaycan vətəndaşı gətirildi


Azərbaycanın milli aviadaşıyıcısı martın 18-də Azərbaycan vətəndaşlarının Türkiyədən qaytarılması üçün daha bir çarter reysi yerinə yetirib.

Yeniavaz.com "report"a istinadla xəbər verir ki, bu barədə  “Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) məlumat verilib.

"AZAL Antalya-Bakı reysi ilə 107 nəfər sərnişini vətənə gətirib. Bu təyyarə ilə Türkiyənin üç şəhəri - Antalya, Alanya və İzmirdə qalmış Azərbaycan vətəndaşları qayıda biliblər", - məlumatda bildirilir.

Xatırladaq ki, daha əvvəl Türkiyədən beş çarter reysi ilə 1 098 nəfər Azərbaycan vətəndaşı gətirilib.

Azərbaycanın milli aviadaşıyıcısı həmyerlilərimizin vətənə qaytarılması üçün çarter reyslərini yerinə yetirməyə davam edəcək.

DİGƏR XƏBƏRLƏR

Top