Koronavirusa görə Bakıda 50 otel fəaliyyətini dayandırdı


Bakı şəhərində 50-yə yaxın orta və kiçik otellər fəaliyyətini dayandırıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə “oxu.az”a Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi məlumat verib.

Onun sözlərinə görə, buna səbəb mövcud vəziyyətlə bağlı Nazirlər Kabineti yanında operativ qərargahın respublika ərazisində koronavirus (COVİD-19) təhlükəsi ilə bağlı bir aylıq xüsusi rejimin tətbiq etməsidir:

“Otellərin fəaliyyətini dayandırması aparılan izolyasiya tədbirləri ilə əlaqədardır. Həmin otellərin böyük əksəriyyəti icarədə olan otellərdir.

Bu, çox mənfi haldır və məşğulluluq məsələsinə kifayət qədər mənfi təsir göstərir.

Bu məsələlər gələcəkdə ciddi problemlərə yol aça bilər. Otellərin mövcud vəziyyət aradan qalxdıqdan sonra bərpa proseslərini hansı şəkildə aparacaqlarını proqnozlaşdırmaq özü də çətindir.

Mövcud vəziyyətlə bağlı ölkəyə turistlərin giriş-çıxışı məhdudlaşdırıldığından hotellər çox ciddi itki ilə qarşılaşıblar.

Nazirlər Kabineti tərəfindən rəsmi qaydada verilən qərara uyğun olaraq izolyasiya tədbirlərinin aparılması davam etdirilir.

Bayram günləri ilə bağlı məqamlara da münasibət bildirmək olmur. Hər kəsi təmkinli olmağa çağırıram. Yaxşı olar ki, bu dəfə bayramı hər kəs evində keçirsin və gigiyenik normalara ciddi riayət etsin”.

DİGƏR XƏBƏRLƏR

Top