MM Aparatının və İşlər İdarəsinin əməkdaşları üçün məhdudiyyət müəyyənləşdirilib


Milli Məclis Aparatının və İşlər İdarəsinin əməkdaşları üçün məhdudiyyət müəyyənləşdirilib.
Yeniavaz.com apa-ya istinadla xəbər verir ki,Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, bu, Parlamentin Sədri Sahibə Qafarova Koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə ilə əlaqədar Milli Məclisdə həyata keçirilməsi zəruri hesab olunan tədbirlər haqqında sərəncamında əksini tapıb.
Sərəncama əsasən, Milli Məclis Aparatının və İşlər İdarəsinin əməkdaşları iş günü ərzində xüsusi ehtiyac olmadan iş otağını tərk etməməli, zərurət olmadan digər şəxslərlə təmasda olmamalıdırlar.
 

DİGƏR XƏBƏRLƏR

Top