Xaricdən idxal olunan kərə yağı 30 qəpik ucuzlaşıb


Bu ilin yanvar-fevral ayları ərzində xarici ölkələrdən Azərbaycana 10 milyon 802,6 min dollar dəyərində 2 min 182,8 ton kərə yağı idxal olunub.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 2 ayında idxal etdiyimiz kərə yağının miqdarı 21,4% və ya 385,1 ton artıb.
Məlumat üçün qeyd edək ki, bu ilin yanvar-fevral aylarında ixrac olunan kərə yağının miqdarı artsa da gömrük dəyəri son bir ildə azalıb. İdxal olunan kərə yağının 1 kiloqramının gömrük dəyəri ötən ilin yanvar-fevral aylarında 5,1 dollar (8,7 manat) olduğu halda, bu ilin ilk 2 ayında 4,9 dollara (8,4 manat) düşüb

DİGƏR XƏBƏRLƏR

Top