Bakıda evlərdə koronavirusa qarşı testlər ediləcək


Təcili Yardım həkimləri evlərdə koronavirusa qarşı testlər edəcək.

Yeniavaz.com "baku.ws"ə istinadla xəbər verir ki, bu barədə məlumatı məşhur pediatr Vaqif Qarayev yayıb.

Onun sözlərinə görə, kimsə özündə hərarət, zökəm, öskürək və s. kimi respirator əlamətlər hiss edərsə Təcili Yardıma çağırış edə bilər.

Bundan başqa, adi mövsümi qriplərdən əziyyət çəkənlər də evə çağırış edə bilər.

Test ev şəraitində edilir və cavabı 6 saat müddətinə hazır olur.

DİGƏR XƏBƏRLƏR

Top