Neftin qiyməti son 21 ildə bu səviyyəyə düşməmişdi – SON QİYMƏT


ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin may müqaviləsinin dəyəri bu gün 3,7% azalaraq 1 barelə görə 27,6 dollar təşkil edib.
Yeniavaz.com xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında martda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri isə bu gün 6,3% azalaraq 25,2 dollar olub.
Məlumat üçün bildirək ki, WTI markalı neftin qiyməti sonuncu dəfə 21 il əvvəl - 1999-cu ilin may ayında bu səviyyəyə düşüb.  Brent markalı neftin 1 barelinin qiyməti isə sonuncu dəfə bu səviyyəyə 17 il əvvəl – 2003-cu ilin noyabr ayında düşüb.
 

DİGƏR XƏBƏRLƏR

Top