Xarici ölkələrə təbii qazı 20, elektrik enerjisini 8 qəpiyə satırıq – RƏSMİ


 
Bu ilin ilk 2 ayı ərzində Azərbaycandan xarici ölkələrə 1 milyard 371 milyon 330,08 min kubmetr təbii qaz satılıb və bu həcmdə təbii qazın dəyəri 158 milyon 751,3 min dollara bərabər olub.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, xaricə satılan təbii qazın 1 kubmetrinin qiyməti 11 sent və ya mövcud məzənnə ilə (1,7 $/azn) hesablandığı zaman 19,6 qəpik təşkil edib.
Ötən ilin eyni dövründə xaricə satılan təbii qazın 1 kubmetrinin qiyməti 10,5 sent (17,9 qəpik) olub.
Məlumat üçün onu da qeyd edək ki, hazırda 1 kubmetr təbii qazın daxili bazardakı qiyməti aylıq istehlak 2200 kubmetrədək olduğu zaman 10 qəpik (5,9 sent), 2200 kubmetrədən artıq olduqda isə 20 qəpiyə (12 sent) bərabərdir.
Eyni zamanda bu ilin ilk 2 ayı ərzində xarici ölkələrə 374 milyon 631,85 min kVt.saat elektrik enerjisi ixrac edilib və bu həcmdə elektrik enerjisinin dəyəri 17 milyon 847,54 min dollar olub.
Xaricə satılan elektrik enerjisinin 1 kVt.saatının dəyəri 4,8 sent və ya mövcud məzənnə ilə (1,7 $/azn) hesablandığı zaman 8,1 qəpik təşkil edib.
Ötən ilin eyni dövründə xaricə satılan elektrik enerjisinin 1 kVt.saatının dəyəri 4,3 sent (7,3 qəpik) olub.
Məlumat üçün onu da qeyd edək ki, hazırda 1 kVt.saat elektrik enerjisinin daxili bazardakı qiyməti aylıq istehlak 300 kVt.saatadək olduğu zaman 7 qəpik (4,1 sent), 300 kVt.saatdan artıq olduqda isə 11 qəpiyə (6,5 sent) bərabərdir.


 
 

DİGƏR XƏBƏRLƏR

Top