Gülnarə Kərimova 13 il müddətində azadlıqdan məhrum edildi


Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova həbs edilib. 
Yeniavaz.com Rusiya mətbuatına istinadən xəbər verir ki bu barədə Özbəkistan Ali Məhkəməsinin ictimaiyyətlə əlaqələr şöbəsindən açıqlama verilib.
Bildirilir ki, o, qəsb, mənimsəmə və çirkli pulların yuyulmasında ittiham olunaraq 13 il 4 ay müddətində azadlıqdan məhrum edilib. Məhkəmənin qərarına əsasən, G.Kərimovanın bugünə qədər çəkdiyi cəzalar nəzərə alınmaqla cəzanın çəkilmə müddəti 21 avqust 2015-ci il tarixindən hesablanacaq.
Xatırladaq ki, Gülnarə Kərimova 2015-ci ildə qəsb və vergidən yayınma ittihamı ilə beş il müddətinə azadlıq məhrum edilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top