Xaricdən gətirilən hibrid avtomobillərin gömrük dəyəri məlum oldu - MƏBLƏĞ


Bu ilin yanvar-fevral aylarında Azərbaycana xaricdən 11 min 547 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub. 

Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, bu, 2019-cu ilin yanvar-fevral ayları ilə müqayisədə 6 min 378 ədəd və yaxud 2,2 dəfə çoxdur.
Hesabat dövründə 10 min 717 ədəd adamların daşınması üçün nəzərdə tutulan minik avtomobilləri, 64 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 741 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 25 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunub.
Bunlardan başqa ilin ilk 2 ayında daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən (hibrid) 1 273, yalnız elektrik mühərriklə hərəkətə gətirilən (elektromobil) 9 nəqliyyat vasitəsi idxal olunub. Müqayisə üçün bildirək ki, hibrid avtomobillərin 659-u yanvar, 614-ü isə fevral ayında idxal olunub.  Elektriklə işləyən avtomobillərin isə 7-si yanvar, 2-si fevral ayında Azərbaycana gətirilib.
Onu da qeyd edək ki, bu ilin yanvar-fevral aylarında ölkəyə gətirilən hibrid avtomobillərin 1 ədədinin orta gömrük dəyəri 5 250 dollar (8 920 manat), elektriklə işləyən avtomobillərin 1 ədədinin orta gömrük dəyəri isə 10 040 dollar (17 070 manat) olub.

DİGƏR XƏBƏRLƏR

Top