İranda koronavirusdan sağalan qadın tarixə düşdü - Yaşına görə


İranın Simnan şəhərində 103 yaşlı qadın yeni tip koronavirusdan qurtulan ikinci ən yaşlı insan olaraq tarixə düşüb. 
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Simnan Sağlamlıq Elmləri Universitetinin rektoru Nevid Danayi məlumat yayıb. Xəstənin kimliyini açıqlamayan N.Danayi qadının 1 həftə müalicə aldıqdan sonra virusa tamamilə qalib gəldiyini və artıq evə buraxıldığını qeyd edib.
Qeyd edək ki, daha öncə Çində koronavirusa yoluxan 103 yaşlı bir qadın 6 gün davam edən müalicədən sonra tam sağalaraq evə buraxılmışdı.

DİGƏR XƏBƏRLƏR

Top