Putindən koronavirusla bağlı AÇIQLAMA: "Bu cihaz dünyada ilk olacaq"


Rusiya Prezidenti Vladimir Putin Nazirlər Şurası ilə görüşdə ölkədə COVİD-19-a qarşı görülən tədbirlər barədə açıqlamalar verib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, V.Putin Rusiyada COVİD-19-un aşkarlanması üçün yeni daşına bilən sürətli test cihazının hazırlanması barədə danışıb.
Onun sözlərinə görə, Rusiya tərəfindən maliyyələşdirilən və Yapon mütəxəssisləri ilə birlikdə hazırlanan daşınan bilən sürətli test cihazının istehsalına aprel ayında başlanması planlaşdırılır.
Qeyd edək ki, sözügedən cihaz dünyada ilk dəfə olaraq hazırlanacaq.

DİGƏR XƏBƏRLƏR

Top