Tələbələr Bakıya xüsusi geyimdə gəlir - FOTO

Xəbər verdiyimiz kimi, İtaliyada yaranan epidemoloji vəziyyətlə əlaqədar olaraq orada təhsil alan azərbaycanlı tələbələr çarter reysi ilə Bakıya gətirilir.

Həmyerlilərimiz təyyarəyə virusdan qorunmaq üçün xüsusi geyimdə əyləşiblər. Tələbələr göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnədarlıqlarını bildiriblər.

Qeyd edək ki, onları gətirən təyyarə Romada yerləşən Fiumicino hava limanından havaya qalxıb. "Hava gəmisi"nin birazdan Bakıya enəcəyi gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top