Ronaldo koronavirusa görə getdiyi adada zəlzələ olub


"Yuventus"un hücumçusu Kriştianu Ronaldonun hazırda qaldığı Madeyra adasında zəlzələ olub.

Hadisə martın 15-də baş verib.

Ronaldonun karantin şəraitində qaldığı adada zəlzələ 3,8 bal gücündə olub. Ada sakinlərindən heç kim xəsarət almasa da, bəzi yollar daş və dağıntılarla bağlanıb.

Qeyd edək ki, Madeyra adasında iki həftə əvvəl 5,2 bal gücündə zəlzələ olub.//APA

DİGƏR XƏBƏRLƏR

Top