"Yuventus"un daha bir futbolçusu koronavirusa yoluxub


"Yuventus"un daha bir futbolçusunda koronavirus xəstəliyi aşkarlanıb.

Yarımmüdafiəçi Bleyzi Matuidinin testləri müsbət nəticə verib.

Turin təmsilçisi rəsmi saytı vasitəsilə məlumatı təsdiqləyib. Fransa millisinin üzvü martın 11-dən bəri öz istəyi ilə evində nəzarət altındadır. Həkimlər onun səhhətinin yaxşı olduğunu bildiriblər.

Qeyd edək ki, bir müddət əvvəl "Yuventus"un müdafiəçisi Daniele Ruqanidə koronavirus infeksiyası üzə çıxıb.//APA

DİGƏR XƏBƏRLƏR

Top