Bakıda fəaliyyət göstərən 198 saylı marşrutun lentə alınmış görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Yeniavaz.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, koronavirus səbəbiylə ölkədə xüsusi rejim tətbiq olunduğu bir vaxtda avtobusda sıxlığın olması diqqətdən qaçmayıb.
Bir sıra sosial şəbəkə istifadəçiləri bu halın koronavirusa yoluxma riskinin artırdığını bildiriblər.
Qeyd edək ki, 198 saylı sənişin avtobusu Koroğlu-Zabrat 1 marşrut xətti ilə hərəkət edir.