157 Azərbaycan vətəndaşı Türkiyədən ölkəyə gətirildi


Azərbaycanın Milli aviadaşıyıcısı hökumətin tapşırığı ilə Türkiyə ərazisindən vətəndaşlarımızın gətirilməsi üçün martın 17-də Bakı-Ankara-Bakı istiqaməti üzrə çarter reysi yerinə yetirib.⠀
AZAL-dan Yeniavaz.com-a verilən məlumata görə, bu reys ilə 157 Azərbaycan vətəndaşı ölkəyə gətirilib.⠀
Xatırladaq ki, bu artıq Türkiyədən yerinə yetirilən üçüncü çarter reysidir – daha əvvəl 15 və 16 mart tarixlərində İstanbuldan Bakıya 711 Azərbaycan vətəndaşı gətirilib.⠀
Azərbaycanın Milli aviadaşıyıcısı həmyerlilərimizin vətənə qaytarılması üçün çarter reyslərini yerinə yetirməyə davam edəcək.⠀
Ölkəyə qayıtmaq istəyən Azərbaycan vətəndaşları hazırda olduqları yer üzrə səfirliklər və ya konsulluqlara müraciət etməlidirlər.

DİGƏR XƏBƏRLƏR

Top