İtaliyada koronavirusdan ölənlərin sayı artdı


İtaliyada COVİD-19 epidemiyasından ölənlərin sayı 2 min 158 nəfərə çatıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, İtaliyada koronavirusa görə son bir gün ərzində 368 nəfər həyatını itirib. Nəticədə, ölənlərin sayı 2 min 158 nəfərə, yoluxanların sayı 28 minə çatıb. Dünyada sözügedən virusa 183 min nəfər yoluxub, 7 min 174 nəfər həyatını itirib.
Koronavirusla bağlı dünyadakı son vəziyyət isə belədir:

-Kanada ABŞ vətəndaşları istisna olmaqla, xarici ölkələr üçün sərhədlərini bağlayıb. 

-İsveçrədə fövqəladə vəziyyət elan edilib. Eyni zamanda, qonşu ölkələrlə sərhədlərini bağlayacağını bildirilib.

-Fransa prezidenti Emmanuel Markon, ölkədə karantin rejiminin başladığını və bu qaydalara əməl etməyənlərin cəzalandırılacağını deyib.

- Avropa birjalarında böyük çöküş baş verib. İspaniya və İtaliyada qısa müddətli satışlar dayandırılıb.

- Fransada koronavirusa görə, 148 nəfər həyatını itirib. Ölkə üzrə yoluxma sayı isə 6 min 600 nəfərə çatıb.

-İsveçrə, koronavirusla bağlı görüləcək tədbirlərə 30 milyard dollar ayırdığını açıqlayıb.

- Almaniya iqtisadiyyat naziri, koronavirusla bağlı görülən tədbirlərə və hər hansı iqtisadi durğunluğun baş verməsi halında ölkənin yeni bir borca düşəcəyini deyib.

- Finlandiya höküməti çərşənbə günündən etibarən, ölkədəki bütün məktəblərdə tətil elan ediləcəyini bildirib.

Lalə Cəfərli

DİGƏR XƏBƏRLƏR

Top