Gömrükdən büdcəyə daxil olan vəsait son bir ildə ən aşağı səviyyəyə düşdü - RƏSMİ


Bu ilin fevral ayında Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 329 milyon 605 min manat həcmində vergi və rüsumlar daxil olub.
Yeniavaz.com
Komitənin açıqladığı göstəricilərə istinadən bildirir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə isə 1,9% və ya 6 milyon 427,6 min manat azdır. 
Onu da bildirək ki, azalma əsasən ƏDV üzrə qeydə alınıb. Belə ki, 2019-cu ilin fevral ayında gömrükdən büdcəyə ƏDV üzrə 248 milyon 642,9 min manat daxil olduğu halda, bu ilin fevral ayında 230 milyon 80,3 min manat daxil olub. Qeyd edək ki, fevral ayında Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxil olan vəsait  son 12 ayda qeydə alınan ən aşağı göstərici olub. 
Bundan başqa fevral ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi 86 milyon 308,7 aksiz vergisinin həcmi 9 milyon 834,1 min manat, yol vergisinin həcmi 3 milyon 381,9 min manat olub.

DİGƏR XƏBƏRLƏR

Top