Bakıda dəhşət: Əks yola çıxan BMW ağır qəza törətdi - ANBAAN VİDEO


Bakıda dəhşətli qəzanın görüntüləri kameraya düşüb. 

Yeniavaz.com avtosfer.az-a istinadən xəbər verir ki, qəza paytaxtın Azadlıq prospektində baş verib. 
Belə ki, 1.3 qoşa xəttin tələbini pozaraq əks istiqamətə çıxan BMW markalı avtomobilin sürücüsü yolayrıcına yaşıl işıqda daxil olan “Mercedes” markalı maşınla toqquşub.
Sürücü BMW markalı avtomobili yüksək sürətlə hərəkət etdiyi üçün zərbənin təsirindən öncə ayırıcı zolağa dəyib, daha sonra işıqforun qarşısında dayanan “Lexus”la toqquşub. 
Qəza baş verən zaman yolun hərəkət hissəsini keçən piyadalar da olub. Xoşbəxtlikdən avtomobil həmin piyadaları vurmayıb.

DİGƏR XƏBƏRLƏR

Top