Livanda müxbir canlı yayımda yerə yıxıldı - VİDEO


Livanda televiziyada canlı yayımda xəbər barədə danışan müxbir anidən yerə yıxılıb. 

Yeniavaz.com sondakika.com-a istinadla xəbər verir ki, Livanda televiziyalardan biri üçün canlı yayımda reportaj təqdim edən müxbir anidən yerə yıxılıb.
Müxbirin yıxılmasının səbəbi kimi yüksək hərarət göstərilib. Onun koronavirusdan qorunmaq üçün canlı yayımda əlcək və maskadan istifadə etməsi diqqət çəkib.
Qeyd edək ki, Livanda bugünə qədər 3 nəfər koronavirusdan dünyasını dəyişib, 108 nəfər isə həmin xəstəliyə yoluxub.

DİGƏR XƏBƏRLƏR

Top