Roman Abramoviç sərvətindən 4 milyard itirdi – Koronavirusa görə


Kronavirus “Çelsi” klubunun sahibi milyarder Roman Abramoviçin milyardlıq sərvətinə də təsir edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə  “The Moscow Times” nəşri məlumat yayıb.
Məlumata görə, o, 2 milyard 600 milyon avro (4 milyard 940 milyon 780 min manat)  zərər edib.
Bu il yaşadığı inanılmaz itkiyə baxmayaraq, Roman Abramoviçin sərvətinin hələ də 12 milyard avro (22 milyard 803 milyon 600 min manat) olduğu bildirilib.
Qeyd olunur ki, İngiltərə ilə viza problemi yaşayan və ölkəyə girişinə icazə verilməyən Roman Abramoviç, “Çelsi” üçün nəzərdə tutduğu yeni 550 milyon avro dəyərindəki stadionunun hazırlıqlarını da təxirə salıb.

DİGƏR XƏBƏRLƏR

Top