Çində koronavirusa yoluxma halları minimuma endi


Çinin Uhan şəhərində yeni növ koronavirusa yoluxma halları azalıb. 
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki Çinin Uhan şəhərində son 24 saatda sadəcə bir nəfər COVİD-19-a yoluxub, ümumi Çində isə 21 nəfərdə koronavirus aşkarlanıb.
Çinin Səhiyyə Nazirliyindən verilən məlumata görə, bu rəqəmlər virusla mübarizədə olduqca ürəkaçandır.
Qeyd edək ki bugünə qədər Çində 68 min nəfər koronavirusdan sağalıb, 3 min 226 nəfər dünyasını dəyişib 80 mindən çox adam isə həmin xəstəliyə yoluxub.

DİGƏR XƏBƏRLƏR

Top