Bazar və marketlərdə hansı məhsulun nə qədər bahalandığı açıqlandı - SİYAHI


Bu ilin yanvar-fevral aylarında istehlak qiymətləri 2019-cu ilin yanvar-fevral aylarına nisbətən 2,8% artıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, qiymət artımı ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,9%, qeyri-ərzaq məhsulları üzrə 1,1%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 1,4% təşkil edib. 
2020-ci ilin fevral ayında ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiyməti yanvar  ayına nisbətən 1,6% artıb. Fevral ayında yanvar ayına nisbətdə ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə qiymət dəyişməsi belə olub:
Çörək, çörək məmulatları və yarmalar – 0,4% artıb
Ət və ət məhsulları – 0,2% artıb
Balıq və balıq məhsulları – 0,6% artıb
Süd və süd məhsullar, yumurta – 0,3% artıb
Kərə və bitki yağları – dəyişməyib
Meyvələr – 4,6% artıb
Tərəvəzlər – 3,3% artıb
Qənd, cem, bal, şokalad və konfetlər – 0,1% ucuzlaşıb
Çay, qəhvə, kakao – 0,2% artıb
Spirtli içkilər – 1,8% artıb
Tütün məmulatları – 14,2% artıb

DİGƏR XƏBƏRLƏR

Top