Bu idmançılar koronavirusa yoluxub - SİYAHI


Bütün dünyaya yayılmış və artıq pandemiya elan edilmiş koronavirus idmançılardan da yan keçməyib.
Rəsmi bəyanatlardan sonra əksər idman klubları karantin elan ediblər. Bütün müsabiqələr bir-bir təxirə salındıqca bu virusa yoluxan idmançılar da bəlli olmağa başlayıb
Yeniavaz.com "cnntürk"-ə istinadla həmin idmançıların siyahısını təqdim edir:
Virusun ən sürətlə yayıldığı ölkə olan İtaliyada koronavirusa ilk yoluxan idmançı "Juventus" klubunun üzvü Daniel Ruqanidir.
İspaniya "La liga"sında çıxış edən" Valencia" futbol klubunun isə 5 nümayəndəsi bu virusa yoluxub:
Qaray - futbolçu
Manqala - futbolçu
Qaya - futbolçu
Kamarasa - məşqçi
Aliaqa - məşqçi
Digər bir İtaliya klubu "Sampdoria"nın isə 7 futbolçusu artıq bu xəstəliyə yoluxub:
Albin Ekdal
Omar Kolli
Fabio Depaoli
Morten Torzbi
Antonino La Qumin
Bartoz Berezinski
Manolo Qabbiadini
"Fiorentina" klubu isə Patrik Kutron və German Pezzelanın koronavirus yoluxduqlarını açıqlayıb. 
Bir vaxtlar Türkiyənin "Trabzonspor" klubunda da çıxış etmiş Cənubi Koretalı Hyun-jun Suk da virusa yoluxanlar arasındadır.
"La liga"da çıxış edən "Leganes" rəhbərliyi Martin Orteqanın analizlərinin pozitiv çıxdığını açıqlayıb.
Təxminən 1 həftədir koronavirusla mübarizə aparan "Chelsea" nümayəndəsi Hudson Odoi isə artıq xəstəliyə qalib gəlib.
İngiltərə Premier Liqasının digər üzvləri "Leicester City" 3, "Everton" isə 2 əsas heyət futbolçusunun koronavirusa yoluxduğunu açıqlayıb.
"Arsenal"ın baş məşqçisi Mikel Arteta isə idman cəmiyyətində bu virusa ilk yoluxanlardandır.
Almaniya "Bundesliga"sında isə sadəcə "Hannover" klubunun iki futbolçusu koronavirusa yoluxub:
Timo Hüberz və Yannes Horn
ABŞ-ın dünyaca məşhur basketbol liqası NBA-də virusa ilk yoluxan "Utah Jazz"ın basketbolçusu Rudi Qobertdir. Klubun digər bir üzvü Donovan Mikel də virusa yoluxduğu üçün karantinə götürülüb.
"Real Madrid"in basketbol komandasının üzvü Trey Tompkins də virusa yoluxanlar arasındadır.
Qeyd edək ki, Serbiya Futbol Federasiyasının rəhbəri Slavisa Kokeza və İsveçrə Futbol Federasiyasının 70 yaşlı rəhbəri Dominik Blank da koronavirusa yoluxublar.

DİGƏR XƏBƏRLƏR

Top