Ermənistanda fövqəladə vəziyyət elan olundu


Ermənistan hökuməti COVİD-19 koronavirusunun yayılması ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib. 
Yeniavaz.com
Ermənistan mətbuatına istinadən bildirir ki, fövqəladə vəziyyət rejiminə Baş nazirin müavini Tiqran Avinyanın başçılıq etdiyi komitə nəzarət edəcək. 
Xarici ölkələrdən Ermənistana yalnız rəsmi səfərə gələn diplomatlar gələ bilər. Riskli ölkələrdən olan vətəndaşların Ermənistana gəlməsi isə qadağan edilib. 
Hökumətdən bildiriblər ki, Ermənistanda 20-dən çox insanın iştirakı ilə mitinq, tətil, ictimai tədbirlərin təşkili və keçirilməsi qadağandır. Dini mərasimlər, konsertlər, sərgilər ləğv edilir.
Ermənistanda fövqəladə vəziyyət dövründə dövlət və özəl təhsil müəssisələrində dərslərə son verilir.
Fövqəladə vəziyyət rejimi martın 16-da İrəvan vaxtı ilə 18:30-dan qüvvəyə minəcək və 14 apreldə 17:00-a qədər davam edəcək.
Baş Nazir Nikol Paşinyan isə bildirib ki, aprel ayının 5-nə təyin olunan referendum təxirə salınacaq. 
Məlumat üçün onu da bildirək ki, aprelin 5-də keçiriləcək referendum zamanı Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanın və məhkəmənin daha 6 üzvünün səlahiyyətlərinin dayandırılması məsələsi səsverməyə çıxarılacaq. Paşinyan və onun tərəfdarları “Bəli”, Serj Sarkisyanın rəhbərlik etdiyi müxalifət  qüvvələri isə “Yox” kampanyasına başlayıblar.
A.Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top