Trampdan koronavirusa qarşı hazırlanan peyvəndin ilk sınağı barədə AÇIQLAMA


ABŞ-da koronavirusa qarşı hazırlanan peyvəndin ilk sınağı həyata keçirilib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə lideri Donald Tramp Ağ Evdə keçirilən mətbuat konfransı zamanı qeyd edib.
O, bildirib ki, bu, tarixin ən sürətlə hazırlanan peyvəndlərdən biridir.
Qeyd edək ki, vaksin 4 nəfər sağlam şəxslər üzərində test edilib. Testlərdə iştirak edən insanların heç bir risklə üzləşmədikləri bildirilib. Bundan sonrakı günlərdə peyvənd 45 sağlam insan üzərində sınaqdan keçiriləcək. Testlər müsbət nəticə verdiyi təqdirdə, müvafiq federal qurumların icazəsindən sonra peyvəndin ictimaiyyətə təqdim edilməsi üçün 12-18 ay müddət nəzərdə tutulur.
Bundan başqa, ölkədə insanların küçələrə çıxmaları ilə bağlı qərarın hələ qüvvəyə minməyəcəyini və insanların kafe, restoran kimi yerlərdən uzaq durmalarını qeyd edib. 

DİGƏR XƏBƏRLƏR

Top