Koronavirusa görə sahibkarlara güzəştlər ediləcək? - AÇIQLAMA


“Azərbaycanda koronavirusla bağlı tətbiq edilən xüsusi rejimlə əlaqədar sahibkarlara güzəşt edilə bilər”. 

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili komitənin iclasında deyib. 

O bildirib ki, bu gün dünyada epidemiyaların yayılması prosesi çox sürətlə gedir. 

“Digər ölkələrdə hökumətlər sahibkarlara hansısa güzəştlər edir”, - deyə o əlavə edib. 

Deputat söyləyib ki, bununla bağlı Azərbaycanda da müəyyən müzakirələr aparılır. (oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top