Azərbaycan Respublikasının Prezidenti Milli Məclisin iclasına gəldiyi zaman Azərbaycan Respublikasının Dövlət himni ifa ediləcək.
Yeniavaz.com apa-ya istinadla xəbər verir ki, bu, Milli Məclisin Daxili Nizamnaməsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
“Televiziya və radio yayımı haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən isə Azərbaycan Respublikasının Dövlət Himni hər səhər Azərbaycan Respublikasının televiziya və radio yayımının əvvəlində səsləndirilməlidir. “İctimai televiziya və radio yayımı haqqında” qanuna da analoji məzmunda dəyişiklik təklif edilib.