Avropa Birliyi: "Çində olarkən bu virusu ciddi qəbul etməmişdik"


"Avropa olaraq koronavirusun yeni növünü əvvəlcə o qədər də ciddi qəbul etmədik". 
Yeniavaz.com xəbər verir ki, bu sözləri Avropa Birliyi (AB) Komissiyasının rəhbəri Ursula von der Leyen "Bild" qəzetinə verdiyi açıqlamada bildirib.
"Məncə, mütəxəssis olmayan hər birimiz koronavirusu Çində, yəni Uhanda olarkən ciddi qəbul etmədik. Lakin daha sonra bu virusun uzun müddət bizi yoracağı məlum oldu. Buna görə də virusun yayılmaması üçün tövsiyələrə qulaq asmağımız çox vacibdir. İki və ya üç həftə əvvəl bizə qəribə, sərt gələn bütün bu tədbirlərin indi edilməli olduğunu başa düşdük"- deyə, o, əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top