İstanbulda hava limanında qalan azərbaycanlılarla bağlı “AZAL”dan AÇIQLAMA – VİDEO


Koronavirusa görə Türkiyə və Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərlərinin müvəqqəti olaraq dayandırılması haqqında xəbər vermişdik. Daha sonra isə “AZAL” açıqlama vermiş və hökumətin tapşırığı ilə Türkiyəyə çarter reyslərinin təşkil ediləcəyini açıqlamışdı.
Yeniavaz.com
xəbər verir ki, sosial şəbəkələrdə Türkiyədən Azərbaycana gəlmək üçün İstanbulda hava limanında gözləyən azərbaycanlıların görüntüləri yayılıb. Uzun müddətdir hava limanında gözlədiklərini deyən həmvətənlərimiz, heç bir rəsmi qurumun onların vəziyyəti ilə maraqlanmadıqlarını bildirirlər. Təyyarənin içində lentə alınmış başqa bir videoda isə azərbaycanlılar təyyarədən enməyəcəklərini, vətənə getmək istədiklərini bildirirlər. Kadrlarda həmçinin bir nəfərin sözügedən hava limanında fəaliyyət göstərən “AZAL” əməkdaşını yalançılıqda ittiham etdiyi müşahidə edilir. Bildirilir ki, rəsmi olaraq Azərbaycandan həmin şəxslər üçün təyyarə gəldiyi deyilsə də, belə bir şey yoxdur.
Məsələ ilə bağlı Yeniavaz.com-a açıalam verən “AZAL”ın mətbuat katibi Paşa Kəsəmənski bildirib ki, Türkiyədəki həmvətənlərimiz konsulluq və səfirliklərə müraciət etməlidirlər:
“Çarter reysləri biz göndəririk. Onlar qaynar xətt vasitəsilə konsulluq və səfirliklərə müraciət etməlidirlər. Siyahı tərtip ediləcək və siyahıya uyğun onlar Azərbaycana gətiriləcəklər. Bu məsələlər konsulluq və səfirlik vasitəsilə həll olunur”.
Sosial şəbəkələrdə yayılmış sözügedən kadrları təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top