Azərbaycana qonşu olan 3 ölkədə - Rusiya, Ermənistan və Türkiyədə dolların məzənnəsi bu ölkələrin milli valyutaları qarşısında sürətlə bahalanır.
Yeniavaz.com xəbər verir ki, dolların məzənnəsi ən çox Rusiyanın milli valyutası rubla nisbətən artıb. Bir həftə əvvəl valyuta mübadilə məntəqələrində 68,5 dollara satılan 1 dollar bu gün 74,9 dollara satılır. Göründüyü kimi son bir həftə ərzində dollar rubl qarşısında 9,3% bahalanıb.
Bundan başqa son bir həftə ərzində Türkiyə lirəsi dollar qarşısında 4,7% artaraq 1 dollar üçün 6,09 lirədən 6,39 lirəyə yüksəlib. Ermənistan dramı isə son bir həftədə dollar qarşısında 2,5% artaraq 1 dollar üçün 479,3 dramdan 491,6 drama çatıb.
Digər bir qonşumuz Gürcüstanda isə milli valyuta - lari dollar qarşısında cüzi 0,7% ucuzlaşıb. Son bir həftə ərzində dolların məzənnəsi 2,77 laridən 2,79 lariyə yüksəlib.
Onu da bildirək ki, qonşu ölkələrdən fərqli olaraq Azərbaycanda milli valyutanın - manatın məznnəsində heç bir dəyişiklik olmayıb. Bir həftə əvvəl olduğu kimi bu gün də 1 dollar 1,7 manata bərabərdir.