“Nəfəs ala bilmirlər, ağlayaraq yalvarırlar ki, ölmədən əvvəl...” - İtaliyadan dəhşətli görüntülər


İtaliyada COVİD-19-a yoluxan şəxslərin düşdükləri çətin vəziyyət dünya mətbuatında gündəm olub.
Yeniavaz.com "Milliyət" qəzetinə istinadla xəbər verir ki, koronavirus səbəbilə bir gündə 368 nəfərin dünyasını dəyişdiyi İtaliyada virus daşıyıcılarının saxlandığı xəstəxanadan görüntülər yayılıb.
Təhlükəli xəstəliklə mübarizə aparan həkimlərdən biri koronavirusa yoluxanların çətin anlar yaşadıqlarını bildirib:
"Yaşlı xəstələr ölmədən əvvəl ağlayaraq bizə yalvarırlar ki, yaxınları, ailələri ilə vidalaşmaq istəyirlər. Onlara ancaq kamera vasitəsilə yaxınları ilə vidalaşmasına icazə verilir. Xəstələr ölmədən əvvəl huşlarını itirmir, komaya düşmürlər. Ancaq, şiddətli şəkildə boğularaq can verirlər və bütün bunları dərk edirlər. Ər-arvad adətən eyni gündə dünyasını dəyişir. Koronavirusa yoluxanların hərarəti yüksəlir, nəfəs ala bilmirlər. Yaşlıların tez və ya gec xəstəxanaya gəlmələri heç nəyi dəyişdirmir. Əksər hallarda xəstəliyə qalib gələ bilmirlər".



Ruslan Yusibov
 

DİGƏR XƏBƏRLƏR

Top