Azərbaycanda orta aylıq əmək haqqı 155 manat artıb - RƏSMİ


Bu ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrü ilə müqayisədə 27,8% və ya 154 manat  90 qəpik artıb.
Yeniavaz.com açqılanan rəsmi məlumatlara istinadən xəbər verir ki, yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 712 manat 10 qəpik olub.
Qeyd edək ki, ötən ilin yanvar ayında bu göstərici 557 manat 20 qəpik təşkil edib.
Onu da bildirək ki, son 10 il ərzində Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı bu səviyyədə artmayıb.

DİGƏR XƏBƏRLƏR

Top