İngiltərə mətbuatında koronavirusla bağlı qorxunc açıqlama - 530 min nəfər ölə bilər


İngiltərənin Səhiyyə Nazirliyinin hazırladığı sənədə əsasən, ölkədə 7,9 milyon nəfərin koronavirusa yoluxacağı, 530 min nəfərin isə həyatını itirəcəyi ehtimal olunur.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli rəsmilər koronavirus epidemiyasının gələn ilin yay aylarına qədər davam edəcəyini bildirib: "Hesablamalar göstərir ki, qarşıdan gələn 12 ay ərzində İngiltərə əhalisinin 80 faizində koronavirus aşkar olunacaq. Belə olan halda hər 5 nəfərdən 4-nün koronavirusa yoluxacağı ehtimal olunur".
Qeyd edək ki, bu vəziyyət səhiyyə işçilərinə də təsir edəcək. Təxminən 1 ay ərzində, 1.5 milyon sosial, 1 milyon səhiyyə işçisi işə gedə bilməyəcək.

Lalə Cəfərli

DİGƏR XƏBƏRLƏR

Top