Neft yenidən kəskin şəkildə ucuzlaşdı - Qiymət "psixoloji həddən" aşağı düşdü


ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin may müqaviləsinin dəyəri 9,4% azalaraq 1 barelə görə 30,6 dollar təşkil edib.
Yeniavaz.com xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında martda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 6,5% azalaraq 29,6 dollar olub.
Məlumat üçün bildirək ki, bu qiymət 2016-cı ilin yanvar ayından sonra qeydə alınan ən aşağı göstəricidir. Belə ki, 2016-cı ilin yanvar ayında Azərbaycan neftinin də daxil olduğu Brent markalı neftin 1 barelinin qiyməti 30 dollar səviyyəsinə qədər geriləyib.

DİGƏR XƏBƏRLƏR

Top