Avropada koronavirus olmayan yeganə ölkə budur


Koronavirus olmayan yeganə Avropa ölkəsində fövqəladə vəziyyət elan edildi.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, dünyanın 120-dən çox ölkəsinə yayılan yeni növ koronavirusa Avropada sadəcə Monteneqroda rast gəlinməyib. Ölkə prezidenti Aleksandr Vucic COVİD-19-un  yayılmasının qarşısının alınması məqsədilə ölkələrində fövqəladə vəziyyət elan edildiyini açıqlayıb. Prezident, "bu qərar xüsusilə yaşlılarımızı qorumaq üçün verilib, onlar bizə hazırda yaşadığımız ölkəni veriblər" deyə bildirib. Yeni qaydalara görə, xarici vətəndaşların Monteneqroya girişinə qadağa qoyulub. İnsanların kütləvi yığışdığı kafe, restoran və digər yerlərin fəaliyyəti isə məhdudlaşdırılıb. Növbəti iki gün ərzində Monteneqroda yeni tədbir planlanlarının açıqlanacağı bildirilib.

Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top