İranda yüksək vəzifəli şəxs koronavirusdan öldü


İranın Ekspertlər Şurasının (Assembly of Experts) üzvü Ayətullah Haşim Bəthayi yeni növ koronavirus nəticəsində ölüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.
Bildirilir ki, İranın Ekspertlər Şurasının 78 yaşlı üzvü ötən gün Qum şəhərində yerləşən xəstəxanaların birində dünyasını dəyişib.
Qeyd edək ki, İranın Ekspertlər Şurası İranda dini liderin seçilməsi və onun fəaliyyətinə nəzarət edən qurumdur. Bu şuranın 88 üzvü var.
Xatırladaq ki, İranda “COVİD-19”a bir çox vəzifəli şəxslər yoluxub. Onlardan iki millət vəkili, Məhəmməd Əli Ramazani və Fatimə Rəhbər dünyasını dəyişib.  Eyni zamanda Milli Məclisin 23 deputatının analiz cavabları müsbət nəticə verib.  İranın Səhiyyə Nazirliyi 13 938 nəfərin yeni koronavirusa yoluxduğunu, 724 nəfərin öldüyünü və 4 790 nəfərin sağaldığını təsdiqləyib.

İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top