Çeçenistan Respublikasının lideri Ramzan Kadırov koronavirusun təhlükəli olmadığını deyib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Ramzan Kadırov insanları yeni növ koronavirusdan qorxmamağa çağırıb: "Çindən bir xəstəlik yayılmağa başlayıb, insanların yuxusunu qaçırır. Virusa yoluxmaqdan və ölməkdən qorxurlar. Tələsməyin, onsuz da öləcəksiniz. Çalışın vaxtından əvvəl ölməyin. Sağlam olan insanlar mübarizə apara biləcək, olmayanlar üçün isə çətin olacaq".
Kadırov daha sonra koronvirusa qarşı tədbirlərdən də danışıb. O bildirib ki, limonu ballı suya qarışdırıb içmək və çoxlu sarımsaq yemək virusa qarşı olduqca təsirlidir.
Qeyd edək ki, son rəqəmlərə görə, dünyada 161 min nəfər koronavirusa yoluxub. 6 mindən çox insan isə xəstəlik səbəbilə dünyasını dəyişib.
Ruslan Yusibov