Ermənistanın baş nazir Nikol Paşinyan "Covid-19" koronavirusuna yoluxub-yoluxmadığını müəyyən etmək üçün 2-ci dəfə müayinədən keçib.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, aparılan müayinədən sonra baş nazirdə koronavirusun olmadığı məlum olub. Koronavirus testinin nəticəsi mənfi çıxdıqdan sonra Paşinyan vəzifəsinin icrasına başlayıb.
Məlumat üçün qeyd edək ki, bir neçə gün əvvəl Paşinyan koronavirusla bağlı daha bir testdən keçib.